Mürsəl Nəbizadə paytaxt Kabildəki evinə silahlı basqın nəticəsində dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl qadın deputat olmuş Mürsel Nəbizadə paytaxt Kabildəki evində naməlum silahlı şəxs tərəfindən güllələnib. Hücumda 32 yaşlı Nəbizadə və mühafizəçisi həyatını itirib. Hücum zamanı onun qardaşı və digər mühafizəçisi yaralanıb.
Qətlə yetirilən keçmiş deputat Taliban hakimiyyətə gəldikdən sonra ölkəni tərk etməyən bir neçə qadın siyasətçi arasında olub. Hücumun səbəbi hələlik məlum deyil. Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib. Nəbizadə 2018-ci ildə Kabildən deputat seçilib və Taliban hakimiyyətinə qədər bu vəzifəni icra edib.
7NEWS.az