Əfsanəvi futbolçu Pelenin vəziyyəti getdikcə pisləşir

OXUNUB: 239 Özəl DÜNYA
Braziliyalı keçmiş futbolçu Pelenin xərçəng xəstəliyindən müalicə aldığı xəstəxana 82 yaşlı futbol əfsanəsinin xəstəliyinin irəlilədiyini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, futbol rəsmilərinə görə bütün zamanların ən yaxşı futbolçularından biri kimi göstərilən və üç dəfə dünya kubokunu qazanan Pele üç həftədən artıqdır ki, xəstəxanada müalicə olunur. Qızı sosial şəbəkədəki paylaşımında atasının Milad bayramını xəstəxanada keçirəcəyini bildirib. San-Pauludakı İsraelita Albert Eynşteyn Xəstəxanası Pelenin xərçənginin irəlilədiyini və böyrək və ürək xəstəliklərinə görə daha çox qayğıya ehtiyacı olduğunu açıqladı. 

7NEWS.az

RƏYLƏR