Əkiz sahibi olmaq istəyənlər bu şəhərə axışır - ƏKİZLƏR ŞƏHƏRİ

OXUNUB: 726 MARAQLI

Bosniya və Herseqovina Respublikasında yerləşən və dünyanın dörd bir yanına səs salan bu şəhərin böyük əksəriyyətini əkizlər təşkil edir. Hər evdə, hər məhəllədə ən az 4-5 əkiz insan tapmaq mümkündür. Söhbət Bosniya və Herseqovinanın 20 min əhalisi olan "Əkizlər şəhəri" adlandırılan Buzim şəhərindən gedir.

İcmal.Az publaka.az-a istinadən dünyanı heyrətə gətirən "Əkizlər" şəhəri haqqında maraqlı faktları təqdim edir:

Bu şəhərin sakinləri olduqca təvazökardır. Burada bir ailədə əkiz görkəmi, demək olar ki, hər məktəbdə və məhəllədə görülən əkiz qardaşlarla ölkə sərhədlərinin kənarına daşıyır.

1992-95-ci illərdə bu şəhərdə 21 əkiz uşaq dünyaya gəlib. Bu gün isə orada 200-dən çox əkiz bacı-qardaş yaşayır.

Hələ müharibə illərində burada uşaqların əkiz olaraq dünyaya gəlməsi maraq doğururdu. Bu kiçik şəhərin qeyri-adi xüsusiyyətinin səbəbi isə məlum deyil. Bir qrup insan bu ərazinin xüsusi spesifik xüsusiyyətindən (qidalarından, havasından) asılı olduğunu deyir, digər bir qrup isə əkiz uşaq sahibi olmağı bu şəhərin qadınlarına məxsus özəllik hesab edir.

Şəhər haqqında yüzlərlə yazılar yazılıb. Hər kəs bu möcüzənin nədən qaynaqlandığını öyrənməyə çalışıb. Şəhərdə hər evdə əkiz bacı-qardaş görmək mümkündür. Bu şəhərdə kənardan gələn qadınların əkiz övladının olmaması isə, Buzim şəhərinin qadınlarının "xüsusi” olduğu iddiasını daha da gücləndirir.

Xalq arasında "Əkizlər şəhəri" olaraq tanınan bu şəhərdə əkiz uşaqlar hər zaman eyni yumurta əkizi olaraq doğulmurlar. Bir-birinə çox bənzəyənlər də olur, bənzəməyənlərdə.

Müxtəlif ölkələrdən olan alimlər bu şəhər haqqında geniş araşdırmalar aparsalar da, yekun nəticə olaraq bu hadisənin səbəbini aça bilməyiblər. Baş verənlərə bu günə qədər də elmi izah verilməyib.

Müxtəlif ölkə vətəndaşları arasında əkiz övlad sahibi olmaq istəyənlərin belə bu şəhərin qadınları ilə ailə qurduğu deyilir.

Sosial şəbəkələrdə bu şəhərin adına açılmış xüsusi qrup və səhifə fəaliyyət göstərir. Şəhər sakinləri arasında böyük əksəriyyət əkiz olduğu üçün bu səhifədə cəmləşiblər. Bu ideya isə ilk dəfə N.Vuceli adlı şəxs tərəfindən irəli sürülüb. Əkiz oğul atası olan bu şəxs ətrafındakı dostlarının hər birinin əkiz övlad sahibi olmasını eşidib və kiçik araşdırma etmək qərarına gəlib. Qrup yaradıb hər kəsi bir yerə toplamaq ideyası da buradan qaynaqlanır.

"Mən xaricdə yaşayan bir dostumu bu şəhərə dəvət etdim. Ailə qurmğı düşünürdü. Ona Buzim şəhərindən bir xanımla tanış olub, ailə qurmasını tövsiyə etdim. İnanmayacaqsız, amma qeyri-adi adlandırdığımız hadisə baş verdi. Onun hazırda əkiz oğlu və qızı var. Bu həqiqətən çox maraqlı və qeyri-adi hadisədir. İnsanlar bəzən bu vəziyyətin şəhərin havasından, suyundan olduğunu desə də, mən müşahidələrim əsasında deyə bilərəm ki, bu şəhərin qadınlarının elmin belə izah edə bilmədiyi özəl xüsusiyyətləri var” deyə, o bildirib.

Bir çox mənbələrdə bu şəhər dünya üzrə əkiz uşaq sayına görə liderdir. Şəhərin adının rəsmi olaraq dəyişdirilməsi və "Əkizlər şəhəri” (The Twins City) adlandırılması üçün rəsmi şəxslərə müraciət edilib.

İcmal.Az

RƏYLƏR