7NEWS.az xəbər verir ki, Ekvador Prezidentliyinin internet saytından verilən məlumata görə, Balao şəhərinin 6 kilometr şimal-şərqində baş verən 6,7 bal gücündə zəlzələ ilə bağlı verilən açıqlamada yaralıların sayı 494-ə yüksəlib. Ekvador Risk İdarəetmə Katibliyi zəlzələdən sonra 96 evin tamamilə dağıldığını, 325 evin isə zərər gördüyünü, zəlzələdən zərər çəkənlərin sayının isə 1500-ü keçdiyini açıqlayıb. Martın 18-də baş verən zəlzələdə 14 nəfər həyatını itirib.
7NEWS.az