Ekvadorda avtobusun aşaraq yanması nəticəsində azı 15 nəfər ölüb. 26 yaralı var.
Paytaxt Kitodan La-Man şəhərinə yollanan avtobus naməlum səbəbdən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəzaya düşən avtobusda yanğın baş verib.
Polis qəzanın səbəblərini araşdırır. Ölənlərin sayının artacağı istisna olunmur. /mətbuat
İcmal.Az

























