"Əl-Qaidə"nin önəmli fiqurlarından biri öldürüldü

OXUNUB: 598 DÜNYA

Yəməndə "Əl-Qaidə"nin yüksəkvəzifəli komandirlərindən biri pilotsuz uçan aparatdan endirilən zərbə nəticəsində öldürülüb.

İcmal.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, "Əl-Qaidə" komandiri Nasir Hüseyn Bamduha əl-Bubakri əl-Aulyaki Yəmənin cənub-şərqindəki Əs-Səid bələdiyyəsində məhv edilib.

Terrorçu Şabva əyalətində "Əl-Qaidə"nin ən məşhur komandirlərindən biri olub.

 

İcmal.Az

RƏYLƏR