Əlcəzair İngiltərənin paytaxtı Londonda elektron hərracda satışa çıxarılan Osmanlı dövrünə aid 7 tüfəngin geri gətirildiyini açıqlayıb.
	7NEWS.az xəbər verir ki, Əlcəzair İngiltərənin paytaxtı Londonda elektron hərracda satışa çıxarılan Osmanlı dövrünə aid 7 tüfəngin geri gətirildiyini açıqlayıb. 
	Əlcəzair Mədəniyyət Nazirliyindən verilən yazılı açıqlamada, "Nazirlik Xarici İşlər Nazirliyinin bölmələri ilə koordinasiya nəticəsində Osmanlı dövründən (1518-1830) 7 ədəd tüfəngi geri almağı bacardı". 
	Köhnə tüfənglərin hərraca çıxarıldığı qeyd edilən açıqlamada hərracı təşkil edən qurum və tüfəngləri kimin ölkədən qaçaq yolla çıxardığı barədə təfərrüatlara yer verilməyib.
	7NEWS.az
			
				
























