Əlcəzair Müdafiə Nazirliyindən verilən açıqlamada, Ayn əl Defla əyalətində təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 əsgərin həyatını itirdiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Əlcəzairdə təlim uçuşu həyata keçirən hərbi helikopter qəzaya uğrayıb. Əlcəzair Müdafiə Nazirliyindən verilən açıqlamada Mi-171 tipli helikopterin Ayn əl Defla vilayətinin Əl Ataf bölgəsində qəzaya uğradığı və helikopterdəki 3 əsgərin həyatını itirdiyi bildirilib. Açıqlamada qəzanın səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanıldığı da bildirilib.
7NEWS.az