Əlcəzair Daxili İşlər Nazirliyi ölkənin 11 şəhərində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayının 34-ə yüksəldiyini açıqlayıb.
7NEWS.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada ölkənin 11 şəhərində meşə yanğınlarında daha 9 mülki vətəndaşın həyatını itirdiyi, bununla da həyatını itirənlərin sayının 34-ə yüksəldiyi bildirilib.
Açıqlamada yanğınsöndürmə işlərinin havadan və qurudan davam etdiyi vurğulanıb.
7NEWS.az