Eldar Əmirov Ramiz Mehdiyevin qohumudur? - AMEA-dan açıqlama

OXUNUB: 715 HADİSƏ
AMEA ötən gün "Bandotdel” tərəfindən saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən qurumun Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatlara aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətindən 7News.Az-a bildirilib ki, Eldar Əmirovun AMEA prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur.

Qeyd olunur ki, Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir.

"Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, E. Əmirov R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

RƏYLƏR