Eldar Mahmudovun ''mətbu qruplaşma'' üzvünə qarşı ilginc əməliyyat - Cinayətdə polkovnikin dəsti-xətti var

OXUNUB: 847 SOSİAL
O, məhrum polkovnikə kitab da həsr etmişdi...
Vaxtilə MTN-çilər öz əməkdaşlarının evinə sihal atırdılar, sonra isə ''tapırdılar''. İndi isə həmin MTN-çilərin etdiklərini istintaq təcridaxanasında intihar etmiş ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev haqda kitab yazan, onunla dostluq münasibəti ilə öyünən Elnur Vaqifoğlu məktəb direktoruna qarşı edib. 

Yada salaq ki, bu il fevralın 9-da Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi birgə əməliyyat keçirib. Əməliyatçılar 1-ci Yüzbaşlı kənd məktəbinin direktoru Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Oradan 2 ədəd - "İJ” və "TOZ-8” markalı tüfənglər, 1 ədəd "Naqan” markalı tapança, 2 ədəd "F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Aparılan araşdırmalar zamanı əməliyyat məlumatının hüquq-mühafizə orqanlarına qəsdən ötürüldüyü, silah-sursatın Polad Zeynalova məxsus olmaması məlum olub. 
Elnur Vaqifoğlu
Məlum olub ki, P. Zeynalovun həyətindən aşkarlanan silah-sursat, kənd məktəbində müəllim işləyən Vüsal Əliyev, onun bacısının həyat yoldaşı rayonun Baharlı kənd sakini Rizvan Mirzəliyev və Elnur Vaqifoğlu tərəfindən basdırılıb. Bir müddət əvvəl Yüzbaşı kənd məktəbinin direktoru vəfat edib və onun yerinə oğlu Polad Zeynalov təyin edilib. Bundan sonra məktəbin direktoru ilə orada müəllim işləyən Vüsal Əliyev arasındakı əvvəldən gərgin olan münasibətlər daha da gərginləşib. Ədavət zəminində V.Əliyev direktorun həbs edilməsinə çalışıb və dostu Elnur Vaqifoğlu ilə birgə plan hazırlayıblar.
Bu işdə onlara V.Əliyevin bacısının həyat yoldaşı Rizvan Mirzəliyev də kömək edib və onlar əldə etdikləri silah-sursatı gizli yolla Polad Zeynalovun evinin həyətində basdırıblar. Daha sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat ötürülüb. Məlumata görə, direktorun işdən çıxarılması və həbs edilməsi üçün planın əsas müəllifi olan Elnur Vaqifoğlu bölgədə jurnalist kimi tanınır və bir neçə saytın rəhbəridir.  
İlqar Əliyev
Criminal.az bildirir ki, E.Vaqifoğlu Mahmudov çetesinin kilid isimlərindən olan mərhum polkovnik İlqar Əliyevin yaxını olub və bunu heç vaxt gizlətməyib. Eldar Mahmudovun mətbuat qanadının üzvlərindən biridir. E.Vaqifoğlunun törətdiyi əməl İlqar Əliyevin dəsti-xətti ilə eynidir.
Bundan baqşa, E.Vaqifoğlu bir neçə il əvvəl İ.Əliyev haqqında kitab da yazıb. "MENORA – Kəşfiyyat tapşırığı” adlı detektiv romanın qəhrəmanı xəfiyyə orqanlarının əməkdaşı polkovnik Mustafazadədir. "Zadə” sonluğunun fars dilindən tərcümədə "oğlu” mənasını verdiyindən Mustafazadəni "Mustafa oğlu” mənasını verir. İlqar Əliyevin atasının adı da Mustafa olub. 
 
İcmal.Az

RƏYLƏR