Eldar Quliyevdən ŞOK ETİRAF: Tezislər əsasında danışırıq... - SƏSYAZISI YAYILDI...

OXUNUB: 395 HADİSƏ
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev şok etirafda bulunub ki, onun sözügedən açıqlamaları ökkənin "baş ağsaqqalı"na baha başa otura bilər. Hər halda cavan görünsə də, ölkənin ixtiyarlarının rəhbəri kimi ölkənin ixtiyar sahiblərinin idarəçilik prinsiplərini ifşa edən Eldar Quliyevin bu davranışı heç də onun aktivinə müsbət hadisə kimi yazılmayacaq.

Bu barədə səsyazısını paylaşan Abzas.org saytının materialını təqdim edirik:

Millət vəkili Eldar Quliyev: "Prezident Administrasiyasından, Milli Məclisdən tezislər gəlir, onun əsasında müsahibələr veririk. Bax, bu gün Gürcüstanla bağlı tezislərimiz gəlib. Sabah-birisi günə mən onları da verəcəyəm. Hazırlayacağam, gedəcək efirə”.


RƏYLƏR