“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev

OXUNUB: 443 Özəl SİYASƏT


"Elə Amerika deyib cəh-cəh vurur ki, ətrafındakılara Amerikanın müdafiəsi ilə bağlı elə tapşırıqlar verir ki, sosial şəbəkələrdə "can Amerika” deyərək üzünü-gözünü elə cırır ki, sanki soyadı Kərimli deyil, Kerimsondur, sanki əsli-nəsli amerikalıdı, sanki Amerika torpağının suyu-çörəyi ilə böyüyüb. Rəzil gədə! Nə kişi ola bildin, nə vətəndaş, nə də siyasətçi! Həyatın onun-bunun qucağında keçdi. İndi də Amerikaya öz nökərlik xidmətini təklif edirsən. Yenə dilənçi kimi mədəd umursan. Yenə binamusluq növbəsində ən birinci sırada, qapının tam ağzında dayanmısan” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev AXCP sədri Əli Kərimlinin anti-milli fəaliyyətinə münasibət bildirərkən söyləyib.

"Dünyanın heç bir yerində müxalifət deyilən kəsim həmin müxalifətçiliyi öz xalqına və millətinə qarşı eləmir, milli maraqların əleyhinə getmir, milli təəssübkeşliyin üzərindən birkərəmlik xətt çəkmir. Sən isə  siyasi bambılılığın elə bir həddinə qədər irəliləmisən, deqradasiyanın, mənəviyyatsızlığın elə bir səviyyəsində qərarlaşmısan ki, artıq bir gün şərəfsizlik etməyəndə boğulursan, nəfəsin daralır, boşluğa düşürsən, ruhun rahatlıq tapmır! Çünki namərdlik eritrositlərinə, leykositlərinə, trombositlərinə qədər hopub. Çünki sən büs-bütün qaraltıdan, qaramatdan, qaranlıqdan ibarətsən.

Batır özünü, batıra bildiyin qədər! Bitir özünü, bitirə bildiyin qədər. Hətta bir təklifim var:  İmkan eləsən amerikalılara, fransızlara sms-dən, faksdan, emaildən-filandan yazaraq digər bacarıqlarını da detallı göstər, təfsilatlı izhar elə, bənd-bənd sadala. Məsələn, bildir ki, "podoşva” funksiyasını da əla icra edirsən, şərəfsizliyin 7 cildlik kitabını həmmüəllif olmadan təkbaşına yazmısan, lazım olanda küləkdən də maraqlı əsirsən, plastilin kimi nə forma desən alırsan, amöb kimi saniyədə 50 cild dəyişməyi, buqələmunu, iblisi, tülkünü şoka salmağı, bu dünyanın gəlib-keçən ən gözəl maskalarını hazırlamağı, siyasət adı altında bütün iyrəncliklərə, yaramazlıqlara imza atmağı bacarırsan.

Yəni, düşünməsinlər ki, ancaq qucaq axtarmaqla kifayətlənirsən. Aç bütün "potensialını” Heyf eləmə o boyda "istedadı”. – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR