Elektrik enerjisi kəsilən NASA Rusiya sistemindən istifadə etdi

OXUNUB: 247 Özəl DÜNYA
Beynəlxalq Kosmik Stansiyanın tərəfdaşı olan Rusiyanın rabitə sistemi ilk dəfə NASA-nın başına gələn hadisəyə dəstək verib.

7NEWS.az xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Agentliyində (NASA) çərşənbə axşamı elektrik enerjisinin kəsilməsi Hyustondakı Missiyaya Nəzarət Mərkəzi ilə Beynəlxalq Kosmik Stansiya (BKS) arasında əlaqəni kəsib.

Stansiyaya müvəqqəti olaraq əmrlər göndərə bilməyən Mission Control, Rusiya rabitə sistemi sayəsində 20 dəqiqəlik fasilədən sonra orbitdəki yeddi astronavtla əlaqə qura bildi.

NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinin binasında iş zamanı elektrik kəsilməsi baş verib.

7NEWS.az

RƏYLƏR