Elektrikli “Jeep Avenger” Avropada ilin avtomobili seçildi

OXUNUB: 219 Özəl DÜNYA
Elektrikli "Jeep Avenger” Avropada ilin avtomobili mükafatını qazandı. Avtomobil dünyasının nüfuzlu mükafatında "Avenger"i "Volkswagen ID.Buzz” və "Nissan Ariya” izləyib. 

7NEWS.az xəbər verir ki, "İlin avtomobili” mükafatı Avropanın 23 ölkəsindən olan 59 jurnalist münsiflər heyəti tərəfindən verilir. Amma bu il Ukraynanın işğalı ilə rusiyalı münsiflər heyətinə səsvermə dayandırılıb. Ümumilikdə 25 xal toplayan hər bir münsiflər heyətinin üzvü bir avtomobilə maksimum 10 xal vermək hüququna malikdir və hər balın səbəbini izah etməlidir. 

Brüssel avtosalonunda açıqlanan nəticəyə əsasən, "Jeep Avenger” 328 xal, "ID.Buzz” 241,” Nissan Ariya” isə 211 xal toplayıb. Digər namizədlər "Kia Niro” 200, "Renault Austral” 162, "Peugeot 408” 149 və "Subaru Solterra” 133 xal toplayıb. 

7NEWS.az

RƏYLƏR