.jpg)
Elə "Manqal” restoranının yanındakı "Beer Hall” da "Manqal”dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.
.jpg)
.jpg)
.jpg)
Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əməkhaqqısı, təbii ki, yetməz.
Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:
1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası;
2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası;
3. Yasamal rayonunda sifarişçisi "Alyans Devolopment” MTK olan yaşayış binası;
4. Səbail rayonunda sifarişçisi "Rahat Həyat” MTK olan yaşayış binası;
5. Sabunçu rayonunda sifarişçisi "Çay Çəkici” ASC olan yaşayış kompleksi;
6. Qaradağ rayonunda Renta-servis;
7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.
Bəzi hallarda belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir.
Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun "sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi "sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.
Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüat bəlli olduğuna görə məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxardığını söyləmək çətindir.
Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.
Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamamı araşdırıldıqdan sonra daha geniş material veriləcək./qafqazinfo
Ardı var...






















