“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI

OXUNUB: 449 SİYASƏT
"Əli Kərimli bitmiş, qurtarmış, xərclənmiş adamdır. Ona görə çırpınır. Ona görə hər gün, hər mövsüm yeni riyakarlıqlarla, növbəti imitasiyalarla, sərsəm-sərsəm açıqlamalarla gündəmə gəlmək istəyir. Ona görə "mən də varam” kompleksinə girib. Ona görə xarici piştaxtalarda keçi qiymətinə satılmağı, kimlərinsə "əl meymunu” olmağı özünə rəva bilir. Xaric məsələsini niyə xüsusi qeyd elədim? Çünki son mitinq təşəbbüsü, aksiya sifarişi xaricdə qərarlaşan anti-Azərbaycan qüvvələrindən gəlib”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
 
 
Onun sözlərinə görə, mesaj oradan ötürülüb və Əli Kərimli adında vətən xaini də "siyasi poçtalyon” funksiyasını üzərinə götürərək həmin mitinqin anonsunu verib: "Məndə olan informasiyalara görə hələ yalnız anons, elan üçün bu yaramaz gədəyə 55 min avro pul ödənilib. Daha dəqiq desəm: həmin pul oğlu Türkelin İsveçrədəki bank hesabına yatırılıb.

Alçaqdır bunlar. Namərddir bunlar. Vətən satmağı özlərinə prioritet seçən, düşmən dəyirmanına su tökən, erməni əlinə oynayan binamusdur bunlar”.

"Bir adam ki, hansısa ölkənin xüsusi xidmət orqanının əlində, ovcunda, cibində, sərəncamında ola, bir adam ki, Şuşanın işğaldan azad edilməyinə sevinməyə, bir adam ki, Mark Şvabeni öz saytında reklam edə, bir adam ki, Cəmil Həsənli kimi üzdənirağı özünə "fəxri sədr” seçə, bir adam ki, Kardaşyanın mənəvi irsindən bəhrələnə, hər əməli ilə ona oxşamağa çalışa, beləsindən nə gözləmək olar? Əlbət ki, heç nə!

Ona görə də bu zavallılar, bu bitmişlər, bu yarımçıqlar fiaskoya məhkumdurlar. Rəzillik, şərəfsizlik, nadanlıq Əli Kərimlinin alnına yazılıb və o, bu möhürü, bu adı öz üzərindən heç zaman götürə, silə bilməyəcək. Çünki layiqdir!”,- deyə o əlavə edib.

RƏYLƏR