“Əli Kərimli təpədən dırnağa qədər anti-millidir!” – DEPUTAT

OXUNUB: 336 Özəl SİYASƏT
"Əli Kərimlinin Türkiyədəki seçkilərlə bağlı mövqeyi bir daha sübut edir ki, bu siyasi oyunbaz və avantürist bir tək Azərbaycanın deyil, bütünlükdə Türk dünyasının düşmənidir.  Eyni zamanda bu nadan siyasətçi farsın, kürd separatçılarının agentidir və təpədən dırnağa qədər anti-millidir” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"AXCP sədri öz müavini vasitəsilə Demirtaşa dəstək verdi və bununla da kim olduğunu göstərdi. İndi isə sosial şəbəkələrdə, digər bənzər platformalarda yanlış təəssürat yaratmağa, öz trolları vasitəsilə ictimai rəyi çaşdırmağa çalışır. Amma alınmayacaq! Əli Kərimli bu dəfə də arzusuna çatmayacaq. AXCP sədri hər zaman olduğu kimi yenə rüsvay olacaq!” -  deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR