"Nəinki xalq arasında, artıq müxalif cəbhədə də sirr deyil ki, siyasi müstəvidə radikallığın əsasını, siyasi dialoqda radikal ünsiyyətin ən böyük nümunəsi Əli Kərimovdur. O, hətta müxalif cəbhədə də həmkarlarına qarşına radikal siyasi basqılardan çəkinmir. Bunu bir sıra müxalifət partiya liderlərinin açıqlamalarında da izləyə bilərsiniz”.
Bunu Milli Məclisin I vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AXCP sədrinin son bəyanatı ilə bağlı bildirib.
Əli Hüseynli qeyd edib ki, AXCP sədrinin radikal ittihamlarından fərqli olaraq Azərbaycan iqtidarı heç bir siyasi mövqeyə görə fərq qoymur: "Bunun bariz nümunələrindən biri fəaliyyətində daim Azərbaycan iqtidarını sərt ittihamlarla tənqid edən Oqtay Güləliyevin Heydər Əliyev Fondunun maliyyə hesabı ilə, fondun rəhbəri, Azərbaycanın Birinci vitse- prezident Mehriban xanım Əliyevanın qayğısı ilə Türkiyədə müalicə almasıdır”.
Komitə sədri Azərbaycan iqtidarının daim müxalifətlə dialoqa açıq, təşəbbüskar olmasını xatırladaraq bildirib ki, bu təşəbbüs yeni seçilən Milli Məclis deputatlarının qarşısında çıxışı zamanı ən ali səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də şəxsən səsləndirilib: "Bununla, Prezident Administrasiyasının müvafiq şöbəsində əksəriyyət müxalifət partiyaları ilə görüşlər keçirildi, ölkə əhəmiyyətli bütün mövzular müzakirə olundu, təkliflər nəzərə alındı. Dialoq mühiti daha da fəallaşdı. Necə ola bilər ki, bu dialoq prosesini, müvafiq şöbənin yaradılmasını və digər prosesləri yerli və beynəlxalq ictimaiyyət dəstəkləsin, amma bu marginal qrup bunu anlamasın?”.
Ə. Hüseynli deyib ki, Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə müxalif namizədlərin fəal iştirakı və bir çoxunun qələbəsi, hazırda parlamentdə nəinki komitə sədrləri səviyyəsində, rəhbərlik səviyyəsində müxalifətin təmsil olunması qeyd olunan proseslərə əyani sübutdur: "Bu, AXCP adlı qurumun sədrinin arqumentlərini heçə endirdi. Sadəcə olaraq, onun təlimat aldığı qüvvələrin ona tamam fərqli tapşırıqları var. Bəyanatında açıq-aşkar insanları özünün şəxsi məişət probleminə görə küçələrə, sabitliyi pozmağa çağırır. Özü özünü təcrid edir və bunu bütün dünyaya elan edərək özünü gülünc vəziyyətə salıb. Hazırda bütün dünyada karantin dövründə internet hər yerdə problemdir, hansı ki, bunu qabartmaq məntiqsizdir. Onu Azərbaycan hakimiyyəti yox, bütövlükdə cəmiyyət, xalq özünün keçmiş siyasi həmfikirləri təcrid edib. İndiki hay-küyü isə ona himayədarlarından növbəti tapşırıqdır ki, Azərbaycanda siyasi dialoqu əngəlləsin, bu çətin günlərdə ictimai mühitdə xaos yaratsın”.
//APA