"Əli Kərimli adında siyasət qırıntısı öz feysbuk statusunda buyurub ki, müxalif qüvvələr birləşməlidir. Amma adam – təbii, beləsinə adam demək mümkünsə - bir məsələnin fərqinə varmayıb və özü-özünə bu sualı verməyib: Onun kimi namərdlə, vətən xaini ilə, Qarabağın, Şuşanın işğaldan azad olunmasına sevinməyən anti-milli ünsürlə görəsən kim birləşər?. Əlbət, heç kim!” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Əli Kərimlinin birləşmədən danışması təxminən ilanın yarpızdan danışması kimi bir şeydir. Çünki AXCP sədri tarixin bütün mərhələlərində müxalifətin birliyini pozan, öz ambisiyası üçün hər ləyaqətsizliyə imza atan, ətrafındakı dostlarını, əqidədaşlarını yolun düzündə qoyan insandır. Və indi belə bir pozucunun, ambisiozun, hikkəbazın, nifaqçının, xarici dövlətlərin kəşfiyyat orqanlarının əlində oyuncaq, alət olan və çoxdan "özgələşdirilən” siyasi qolçomağın məlum iddia ilə çıxış etməsi həqiqətən də absurddur. Hətta absurdun da ötəsidir. Üstəlik, bu namərd gədə (sözün gerçək anlamında – GƏDƏ!) bir vacıb məqamı da unudub. Ki, bundan sonra onunla birləşən, onun səsinə hay verən siyasi qüvvə elə onunla da bərabər batmağa və tarixin zibilliyində üfunət qoxusu verərək çabalamağa məhkumdur!” – deyə millət vəkili öz fikirlərinə davam edib.