"Əli Kərimli adında bloggerin son günlər sosial şəbəkələrdə söylədiyi fikirlər, xüsusən də atdığı iftiralar onun əbləh təfəkkürünün növbəti nümunəsidir. Bu adam hələ də boş başına yeridə bilmir ki, Azərbaycanda kimsə siyasi mənsubiyyətinə görə həbs olunmur, kimsə cinayət törətmədiyi halda məsuliyyətə cəlb edilmir, kimsənin haqqında yetərli, tutarlı sübutlar olmadan azadlıqdan məhrumetmə qərarı verilmir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
Deputat sözlərinə belə davam edib: "AXCP sədri indi də Sahib Məmmədzadə üzərindən şou göstərir, ard-arda statuslar yazır, hakimiyyəti ittiham edir. Hətta ittihamla kifayətlənmir, təhqir edir.
Tərbiyəsiz adam! Vicdansız adam! Mənəviyyatsız adam! Ətrafındakı qaraguruhçuları cinayətə sürükləyir, onların həbsinə nail olur və sonra da qışqırır ki, tərəfdaşlarıma qarşı haqsızlıq olub.
Sənin yanında olan səndən nə öyrənəcək ki? Əli Kərimli kimi beynəlxalq miqyaslı "bandit" öz tərəfdaşına hansı tövsiyyəni, məsləhəti verə bilər ki? Belə başıpozuqun yanında hansı təfəkkürün, beyinin yiyəsi qərarlaşa bilər ki?
Bunların hamısı aşağı-yuxarı eyni bezin qıraqlarıdır. Radikal müxalifət düşərgəsində yer alanların, anti-milli fəaliyyətdə bulunanların hamısı çürük mənəviyyatın, çürük ideologiyanın daşıyıcılarıdır. Və belələrindən hər cür yanlışlıq, hər cür cinayət, hər cür hüquqazidd əməl gözləmək olar! Ona görə də Saleh də, cinayət törədən digərləri də layiq olduqları cəzanı alacaqlar. Əli Kərimlinin dil altda deyinməsinə və donquldanmasına baxmayaraq!”.