Amerikada məktəbə tüfənglə daxil olan məktəbli bir şagirdi öldürüb, 3 qızı yaralayıb.
Vaşinqtonda məktəbə tüfənglə daxil olan şagird hər kəsi qorxuya salıb. Sam Strahan adlı şagirdlərdən biri onun qarşısını kəsib, lakin silahlı şəxs onu başından güllələyərək öldürüb.
Caleb Sharpe daha sonra arxaya çevrilərək ətrafa atəş açıb. Mərmilər yaxınlıqdakı 3 qıza dəyib. Onlar yaralanıblar.
Xəstəxanaya aparılan qızların vəziyyəti normaldır.
Qeyd edək ki, Caleb Sharpe həbs olunub. Araşdırma aparılır./milli




İcmal.Az

























