Elman Rüstəmov sığorta sistemindəki problemlərdən danışdı

OXUNUB: 672 SOSİAL

"Açıq demək istəyirəm, sığorta sistemində uzun müddət yığılıb qalmış problemlər var. Bu gün bu problemlərlə ciddi məşğul oluruq”.

icmal.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir vurğulayıb ki, sığorta sistemi çox zəif inkişaf edib:

"Burada əsas zəif yerlər bizə məlumdur. Sığorta sistemi zəif inkişaf etdiyinə görə, əhalinin və biznesin risklərini tam şəkildə əhatə edə bilmir. Nəticədə, dövri olaraq problemlər yaranır”.

E.Rüstəmov əlavə edib ki, icbari sığortanın genişlənməsi üçün addımlar atılacaq.

RƏYLƏR