Bir neçə saat əvvəl silahlı hücuma məruz qalan Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyev açıqlama verib.
İcmal.Az xəbər verir ki, Gəncədə müayinə və müalicə alan Elmar Vəliyev Real TV-yə danışaraq, ciddi narahatlığa əsas olmadığını deyib.
Elmar Vəliyev yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib və səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.
İcmal.Az