Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə və "Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə 26 Avqust 2024-cü il tarixində Laçın şəhərində "Laçın şəhəri günü” qeyd edildi. Keçrilən tədbirlər çərçivəsində əslən laçınlı Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olunmuşdur. Bu layihədə ecazkar təbiətə malik olan Laçın torpağında, Həkəri çayının sahilində Azərbaycan xalçaçılığının inkişaf mərhələləri və Qarabağın dünəni və bugünü adlı foto guşə yaradılmışdır. Tədbirdə həmçinin müəllifin laçın şəhərində toxunulan Türkiyə və Azərbaycan dostluğunu tərənnüm edən "Bir millət, iki dövlət” adlı xalçanın təntənəli kəsim mərasimi də baş tutmuşdur. Tədbirdə müəllifin digər əsəri, analoqu olmayan "Ata vəsiyyəti – oğul zəfəri” adlı xalçasının təqdimatı da baş tutdu. Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunulmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Birinci hissədə böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin gələcəyin qətiyyətli lideri İlham Əliyevə vəsiyyəti, ikinci hissədə isə artıq böyük zəfər qazanan oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir olunub.
Ana səhifə
/
Özəl / SOSİAL / Elnarə Rəsulovanın ideya müəllifi olduğu xalça nümunələri nümayiş olundu
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“YAŞAT” Fondunun şəhidlərimizin övladlarına dəstək tədbirləri davam etdirilir
11.09.2024, 10:57 / Özəl, SOSİAL -
Ramil Həsən Ucarda “ 1 UŞAQ , 1 GƏLƏCƏK ” təhsil aksiyasına start verib
09.09.2024, 11:21 / Özəl, SOSİAL -
“ASAN xidmət” Azərbaycan-Koreya dövlət xidmətləri mövzusunda seminar reallaşdırıb
06.09.2024, 11:10 / Özəl, SOSİAL -
"YAŞAT" Fondunun Ankarada reallaşdırdığı layihə başa çatıb
04.09.2024, 16:49 / Özəl, SOSİAL -
18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplanacaq
04.09.2024, 15:21 / Özəl, SOSİAL -
VI çağırış Milli Məclisin deputatı Ramil Həsən Ucar rayonundan qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb
04.09.2024, 10:48 / Özəl, SOSİAL -
Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
02.09.2024, 11:03 / Özəl, SOSİAL