7NEWS.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) edilən bildirişə görə, Mask 3 gün ərzində şirkətin 22 milyon səhmini satıb. Twitter-i 44 milyard dollarlıq böyük bir sövdələşmə ilə satın alan Musk, avqust ayında Tesla-nın təxminən 7 milyard dollarlıq səhmlərini satdıqdan sonra müqaviləni tamamlamaq üçün daha çox səhm satmağa ehtiyac olmadığını söylədi. Amma noyabr ayında o, Tesla səhmlərini bu dəfə 4 milyard dollara satmalı oldu. Bu yaxınlarda Musk Teslanın səhmlərinin azalmasından sonra "dünyanın ən varlı adamı" titulunu itirdi.
7NEWS.az