7NEWS.az xəbər verir ki, Twitter-in sahibi İlon Mask bu dəfə özünü işdən çıxarmaq üçün sorğu keçirib. Mask öz hesabından sosial media platformasının idarəçiliyindən çəkilib-çəkilməməsi ilə bağlı istifadəçilərə sual verib. 17 milyon 500 mindən çox insan səs verib. İştirakçıların 57,5 faizi getməyə, 42,5 faizi isə davam etməyə səs verib. Mask nəticəni qəbul edəcəyini bildirib.
7NEWS.az