Əməkdar artist Gülüstan Əliyeva Fəxri Üzv seçildi

OXUNUB: 288 Özəl SOSİAL
Yanvar ayının  24-də "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə Azərbaycan Respublikasının Əməkdar artisti, Akademik, Opera və Balet teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Gülüstan xanım Əliyeva AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.

Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
 "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən  verilən məlumata əsasən,  qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

RƏYLƏR