ABŞ prezidenti Donald Trampın oğluyla rusiyalı hüquqşünas Nataliya Veselnitskanın görüşünün təşkilatçısı olduğu iddia edilən müğənni Emin Ağalarov məsələ ilə bağlı ona ünvanlanan suallara cavab verməkdən boyun qaçırıb.
Məşhur müğənni Yurmala konsertinə hazırlıq zamanı iddialara belə münasibət bildirib:
"Tramp barədə heç bir sual eşitmək istəmirəm. Mən bura müğənni kimi gəlmişəm. Mənim bu axşamkı konsertimə gəlin".
Qeyd edək ki, iddialara görə, həmin görüşdə Trampın oğlu Rusiya tərəfinə prezidentliyə namizəd Hillari Klinton barədə məxfi məlumatlar ötürüb./mətbuat
İcmal.Az

























