"Emir" ilə "Zeynep" eşqi gerçək oldu - "Kara Sevda" bitən kimi... - VİDEO - FOTO

OXUNUB: 1614 DÜNYA ŞOU-BİZNES

2014-cü ildə ailə həyatı qurduğu Tuan Tunalıdan boşanmağa hazırlanan gözəl aktrisa Hazal Filiz Küçükkösenin adı indi də Kaan Urgancıoğlu ilə birgə hallanır.

 "Kara Sevda" serialında canlandırdığı "Zeynep" xarakteri ilə ulduzu parlayan və son dönəmin ən diqqətçəkən aktrisalarından biri olan Hazal Filiz Küçükköse haqqındakı iddiaların ardı-arası kəsilmir.

Qeyd edək ki, "Deniz Yıldızı" serialının çəkilişlərində tanış olduğu və 2014-cü ildə ailə həyatı qurduğu Tuan Tunalıdan boşanmağa hazırlanan gözəl aktrisanın Ceyhun Mengiroğlu ilə "Rüya" serialının çəkilişləri zamanı yaxınlaşdığı iddiası ortaya atılmışdı.

Gündəmə bomba kimi düşən bu iddiadan sonra indi də Küçükkösenin "Kara Sevda" serialında "Emir" obrazına həyat verən Kaan Urgancıoğlu ilə eşq yaşamağa başladığı iddia edilir.

İki tərəf də bu iddialar qarşısında cavabsızdır.

 

Cütlük "Kara Sevda"da eşq səhnələri ilə yadda qalmışdı./milli


İcmal.Az

RƏYLƏR