Ən az sərnişin daxil olan stansiyanın adı AÇIQLANDI

OXUNUB: 615 SOSİAL

"Bakı Metropoliteni” QSC ən çox və ən az sərnişinin daxil olduğu stansiyaların adlarını açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a bildirib ki, gün ərzində metro ilə 700 mindən çox sərnişin daşınır: "Sentyabrın 25-də aparılmış müşahidələrə əsasən məlum olub ki, ən az sərnişinin gedişhaqqı ödəyərək daxil olduğu stansiya "Bakmil" olub: "Həmin gün stansiyaya 948 nəfər daxil olub. Ən çox sərnişin isə "28 May"stansiyasında müşahidə olunub. Stansiyaya bir gün ərzində 77 292 nəfər daxil olub”.

O qeyd edib ki, ən az sərnişinin daxil olduğu stansiyalardan biri də "Ulduz”dur: "Gün ərzində stansiyadan 7555 sərnişin istifadə edib”/oxu

İcmal.Az

RƏYLƏR