"Epic Games" "Google"a qarşı məhkəmədə qalib gəldi

OXUNUB: 432 Özəl DÜNYA
ABŞ-da yerləşən video oyun istehsalı və inkişaf etdirmə şirkəti "Epic Games", tətbiqdaxili ödənişlərə görə "Google"a qarşı qaldırdığı antiinhisar davasını qazandı.

7NEWS.az xəbər verir ki, "Epic Games"in "Google"a qarşı "Google" "Play Store"dan istifadə edən bütün proqram tərtibatçılarının rəqəmsal məhsul və ya xidmətlərin satışına görə 30%-ə qədər komissiya ödəməsini tələb edən şirkət siyasətləri ilə bağlı iddiası yekunlaşıb. Kaliforniyanın Şimal Dairə Məhkəməsində baxılan işdə münsiflər heyəti qərara aldı ki, Google tətbiq mağazasını idarə edərkən antiinhisar qanunlarını pozub.

7NEWS.az

RƏYLƏR