"Təşkilatımıza yeni üzvləri qəbul etməyə ehtiyac var”.
İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə görüşündə çıxışı zamanı bildirib.
"Bizlər, D-8 üzvləri 3 qitəyə hakim vəziyyətdəyik. Zəngin təbii ehtiyatlarımız, gənc, dinamik bir əhalimiz var. Adambaşına düşən milli gəlir də orta hesabla yüksəkdir. Təbii ki, bu da yetərli deyil. D-8-in daxili ticarət dövriyyəsinin həcminin 500 milyard dolları aşacağına inanıram. Müdafiə sənayesi başda olmaqla, bir çox sahələrdə ortaq layihələrimiz ola bilər. Bir çox sahələrdə əməkdaşlıq üçün potensialımız var. Təşkilatımıza yeni üzvlər qazandırmağımıza ehtiyac var. Milli və yerli valyuta ilə ticarət etsək, ölkələrimiz qazanar. Mübadilə mərkəzi yaratmaq üçün mərkəzi banklarımızı bir araya gətirməliyik”.
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.
Xatırladaq ki, D-8-ə Türkiyə, İran, İndoneziya, Malayziya, Pakistan, Banqladeş, Misir və Nigeriya daxildir.
İcmal.Az
Ərdoğan: "D-8-in tərkibi genişlənməlidir"
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Rusiyadan Bəşər Əsədi istədi
22.03.2025, 21:20 / DÜNYA -
"Haber Global": Əkrəm İmamoğlu bütün ittihamlarını rədd edib
22.03.2025, 15:56 / GÜNDƏM, Özəl, DÜNYA -
Özcan Deniz ürək əməliyyatı olunacaq
26.02.2025, 14:52 / ŞOU-BİZNES, DÜNYA -
Makron villasını satır - Foto
12.02.2025, 15:24 / DÜNYA -
İlon Mask: USAID bioloji silahların hazırlanmasını maliyyələşdirib
03.02.2025, 14:42 / DÜNYA -
Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb - YENİLƏNİB
03.02.2025, 14:25 / HADİSƏ, DÜNYA -
"Suriya hadisələrində qırılma nöqtəsi" - Polad Mehdi
09.12.2024, 13:53 / Özəl, DÜNYA

























