Ərdoğan müsəlman liderləri təcili İstanbula çağırdı

OXUNUB: 671 DÜNYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüds ətrafında baş verən hadisələrlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclasını çağırıb.

 Ərdoğan bununla bağlı mətbuata açıqlama verib.
O, fövqəladə toplantının həftənin cümü günü keçiriləcəyini, bundan başqa genişmiqyaslı mitinqlərə başlanılacağını deyib.
 

"İstər ABŞ, istərsə də İsrail olsun, mən bu soyqrıma dəstək verənləri lənətləyirəm. İslamƏməkdaşlığı təşkilatını cümə günü toplantıya çağırırıq. Cümə günü Yenikapıda, bazar günü Diyarbəkirdə mitinqlərimiz olacaq", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında baş verən toqquşmalarda ölən fələstinlilərin xatirəsinə Türkiyədə 3 gün matəm elan edilib, ABŞ və İsraildəki səfirlər geri çağırılıb./AzVision.az
 
İcmal.Az

RƏYLƏR