Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
Ərdoğan BMT Baş Assamblleyasında Qüdslə bağlı qətnamə layihəsinin qəbuluna verdiyi dəstəyə görə Rusiya liderinə təşəkkür edib.
Qeyd edək ki, BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.
Rusiya Türkiyə və Yəmənin müəllifi olduğu sənədin lehinə səs verib./publika
İcmal.Az

























