Ərdoğan xəstəxanadan çıxdı: Ankaraya gedir

OXUNUB: 782 DÜNYA

Türkiyə Prezidenti Ərdoğan Ankara səfərini təxirə salaraq, xəstəxanaya gedib.

Buna səbəb Kısıtlıda avtobus üzərində çıxış edərkən yaşanan xoşagəlməz olay olub. ATV-nin məlumatına görə, Ərdoğanın çıxışı zamanı 6 yaşlı bir uşağın ayağı sıxlıqda qırılıb və o, dərhal xəstəxanaya qaldırılıb. Bundan xəbər tutan Ərdoğan avtobus üzərindəki çıxışını da tez yekunlaşdıraraq, dərhal xəstəxanaya, uşağı yoluxmağa gedib.

Uşağın kimliyi hələ ki açıqlanmır.

Bu səbəbdən Ərdoğanın Ankara səfərini ertələdiyi, Ankarada balkon çıxışını Baş nazir Yıldırımın edəcəyi bildirilib. Ərdoğanın Ankaraya nə zaman gedəcəyi yaxın dəqiqələrdə bəlli olacaq.

***

Prezident Ərdoğanın artıq xəstəxanadan ayrıldığı və Ankaraya yola düşdüyü bildirilib.

Uşağın səhhəti ilə bağlı heç bir narahatlıq olmadığını öyrənən Ərdoğanın Ankarada tərəfdarları qarşısında çıxış edəcəyi açıqlanıb.

İcmal.Az

RƏYLƏR