Ərdoğanı devirmək üçün 31 gəmiyə ŞOK ƏMR VERİLDİ və... - İnanılmaz SİRR AÇILDI

OXUNUB: 764 DÜNYA

2016-cı ilin 15 iyulunda – hərbi çevriliş gecəsi prezidenti Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək üçün 31 gəmiyə səfər əmri verən "Fəthullah Terror Təşkilatı” (FETÖ) ilə əlaqədar daha bir detal ortaya çıxıb.

 FETÖ-nün lideri Fəthullah Gülənə aid səs qeydində "Uqandadan ananas gəlmiş” deyərək şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.

Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində yerləşədirilən "imamlar” da FETÖ üzvü olan admiralların hər addımda Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.

Son olaraq 2014-cü ildə Türk Dəniz Vəzifə Qrupunun Afrika qitəsi ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub. Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı ziyarət edib./publika

İcmal.Az

RƏYLƏR