Ərdoğanın seçkilərdən sonra yazdığı İLK SÖZ rekord qırdı - FOTO

OXUNUB: 1686 DÜNYA

Türkiyədəki prezident seçkilərində AKP ilə MHP-nin qurduğu "Cümhur" İttifaqı müxalifətin qurduğu "Millət" İttifaqına qarşı mübarizəsində zəfər qazanıb. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərinin ilk turunda ən çox səsi toplayaraq yeni sistemdə bunu bacaran ilk prezident olub.

İcmal.Az xəbər verir ki, prezident daha sonra tvitter hesabından paylaşım edib.

O, "Millət" İttifaqının seçki kampaniyaları boyunca istifadə etdiyi "Tamam” şüarına işarə edərək "Davam” mesajını yazıb.

Prezidentin bu tviti qısa müddətdə paylaşım və bəyənmə rekordu qırıb.

İcmal.Az

RƏYLƏR