Ərdoğanın səsi ilə danışdı, vətəndaşın istəyi bu oldu - Video

OXUNUB: 636 DÜNYA

"Tik-Tok”da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini təqlid etdiyi videolarla tanınan fenomen Muhammed Nur Nahya bir vətəndaşa telefonla zəng edərək onunla zarafat edib. Vətəndaşın isə ölkə başçısından xahişi olub. 

Bütün bunlar "Haberler.com”un studiyasında baş verib.

Belə ki, fenomen Ərdoğanın səsini təqlid edərək vətəndaşın vəziyyəti ilə maraqlanıb. Prezidentini çox sevdiyi deyən vətəndaş "Prezidentim, vəziyyətim yaxşıdır. Sadəcə bir qızım var. Universitet oxuyub, amma təyinat almayıb. Tək problemim budur. Səninlə qürur duyuruq”, - deyə cavab verib./Qafqazinfo

RƏYLƏR