Ərdoğanla Putin ABŞ-ı səhv çıxartdı

OXUNUB: 516 DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

İcmal.Az xəbər verir ki, bu barədə RİA "Novosti" Türkiyə Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, prezidentlər ABŞ-ın İran üzrə nüvə razılaşmasından çıxmasını müzakirə ediblər. Hər iki dövlət başçısı ABŞ-ın bu addımını səhv adlandırıblar.

Liderlər həmçinin son günlər Suriyada vəziyyətin daha da gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

 

İcmal.Az

RƏYLƏR