Ərə verilən 15-16 yaşlarındakı qız uşağı cinsi yetkinliyi yoxdur - İntihar edir, boşanır, yaxud fahişəliyə qurşanır

OXUNUB: 672 SOSİAL

Cəmiyyətimizin əsas problemlərindən biri də qızların erkən yaşda evləndirilməsidir. Bu hal artıq ciddi problemə çevrilib.

Doğrudur, proses yüz illərdir davam edir. Ancaq son 15-20 ildə erkən nikaha girmənin sayında nəzərə çarpacaq qədər azalma var idi. Son 3 ildə isə proses əks-effekt göstərir və qızların hələ yeniyetmə yaşında evləndirilməsi halları çoxalıb.

Son günlər sosial şəbəkələrdə aktivistlər bu problemə elə o yeniyetmələrin, öldürülmüş (həm mənən, həm də cismən) yeniyetmələrin öz dili ilə diqqət çəkirlər.

Bəs bunda kimdir günahkar? Ölkənin ziyalı kəsimi birmənalı olaraq və qeyd-şərtsiz qızın valideynlərini günahlandırır. Mən də heç bir halda valideynlərə haqq qazandırmıram.

Amma…

Amması odur ki, bölgələrdəki o valideynlərin də maddi vəziyyəti çox pisdir. Bu da əsas vermir ata qızını uşaq yaşda kiməsə versin (evləndirsin yox, eləcə əşya kimi versin). İqtisadi vəziyyəti pis olan ailələrdə (həmçinin ölkələrdə) qız övladı artıq yük olur ailə üçün.

Ata özü güc-bəla ilə iş tapıb ailəsini çətinliklə dolandırır. İşləməyən qız artıq həmin ata üçün çox təəssüf ki, ‘yükdür’. Mən ailələr tanıyıram övladları normal yaşda nişanlanıb. Ancaq maddi vəziyyətlərri o qədər pis olub ki, hər iki ailənin başçısı qürurlarını sındıraraq toy etmək əvəzinə nişanlıların bir-birinə qoşulub qaçmasına razılıq ediblər. Taylı tayını tapar deyiblər. Qızın köçdüyü ailə də öz ailəsi kimi kasıb olur. ‘Kasıblıq qapıdan girəndə, söz-söhbət bacadan girər’.

Qız gəlin köçdüyü ailədə də artıq ‘yük’ə çevrilir. Evin bütün işlərini o görməli olur. Və bir müddət sonra söz-söhbət başlayır.

Yeni gəlin hər gün qaynananın, onu sevməyən, sırf zümrə olaraq uyğun olduğu üçün onunla evlənən, sevgisi olmadığı üçün ona xəyanət edən ‘həyat yoldaşı’nın təhqirlərinə məruz qalır.

Məlumdur ki, 15-16 yaşlarındakı qız uşağı cinsi yetkinliyə tam çatmır. Bu halda onun övladının olması bir az gec olur. Bu artıq o gəlinin qara günlərinin pik nöqtəsi olur.

Artıq bu təhqirlərə,söz-söhbətə dözməyən qızcığaz bir gün intihar edir.. Bəs bu probleminin həlli yolları nələrdir? Əvvəla dövlət Türkiyə modeli kimi Ailə nazirliyi yaratmalıdır. Nazirlik problemlə ciddi məşğul olmalı, maarifləndirmə işləri aparılmalıdır. Uşaq sayının çoxluğunun deyil necə böyüdlməsinin əsas olduğu həmin ailələrə öyrədilməlidir. Həmçinin televiziyalarda erkən nikahın mənfi nəticələrini göstərən reklam çarxları nümayiş etdirilməlidir. ‘Namus’ anlayışının sadəcə qadlna aid olmadığı izah edilməlidir. İkinci və mütləq olan bölgə insanının maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görülməli, rayonlarda müəssisələrin sayı artırılmalı, xüsusilə çoxuşaqlı ailələrə iş sahəsində bəzi güzəştlər edilməlidir. Əgər bölgə əhalisinin iqtisadi maraqları təmin edilməsə birinci bənddə qeyd etdikləriçin bir faydası olmayacaq.

Çünki, ‘Ac ayı oynamaz’. Elə bu mövzuya toxunan sosial şəbəkə aktivistlərinin uğursuzluqlarının birinci səbəbi həmin insanların maraqlarını təmin edəcək təkliflər irəli sürməməsidir. Digər səbəb isə xitab etdikləri auditoriyadır. Bütün bu məsələyə biganə qalmayan istifadəçilərin izləyiciləri də özləri kimi bu məsələdə irəli görüşlüdürlər. Onlara bunu deməyə ehtiyac yoxdur. İzləyicilər bu problemdə geri düşüncədə olanlar olsa problemin həllində irəliləyiş olar. İki uşaq gördüm.. Biri 1 yaşındın, digəri 15. Ana-bala idilər…/A24.az

İcmal.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

RƏYLƏR