Ərəblər İsraildə toyda silahdan atəş açdı – VİDEO

OXUNUB: 807 DÜNYA

İsrail polisi toy mərasimi zamanı avtomobilindən havaya atəş açan ərəbi həbs edib. 

İcmal.Az bununla bağlı "BBC News” agentliyinə istinadla xəbər verir.

Hadisənin görüntüləri aprelin 22-də "Facebook” sosial şəbəkəsində yerləşdirilib. 

Videodan görünür ki, dörd nəfər üzü maskalı şəxs Seqev-Şalom bölgəsində hərəkətdə olan avtomobillərdən hava atəş açıb. Avtomobillərdən biri hətta səkiyə çıxaraq, orada hərəkət edib. 

Polis görüntülər yayılan zaman bəyi həbs edib. Təhlükəsizlik orqanları digər şəxslərin axtarıldığını açıqlayıb. 

İsrail daxili işlər naziri Qilad Erdan insidentlə əlaqədar qanunsuz silah saxlanmasına qarşı mübarizə ilə bağlı əmr imzalayıb. 

Videoya şərh yazan bədəvi ərəblər bu cür hadisələrin onların toy adət-ənənəsinə uyğun olduğunu bildiriblər. 

Xatırladaq ki, hazırda İsraildə 200 min bədəvi ərəb yaşayır. 

İcmal.Az

RƏYLƏR