Əri məşhur müğənniyə xəyanət etdi - FOTO

OXUNUB: 629 ŞOU-BİZNES

Türkiyəli müğənni Kibariye ard-arda 2 şok yaşayıb.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1999-cu ildə özündən 20 yaş kiçik olan Əli Küçükbalçıkla evlənən müğənniyə əri xəyanət edib. Sənətçinin gənc həyat yoldaşının livanlı bir qadınla tez-tez Kiprdə görüşdüyü və istirahət etdikləri iddia edilib.

Bundan savayı Əli Küçükbalçık işçilərinin əmək haqqı ödəməyib. İşçilərinə təhdid məzmunlu mesajlar atdığı üçün Sanem Sənət Turizmin sahibi olan Əli Küçükbalçıkıya prokurorluqda cinayət işi açılıb. Borcunu ödəmədiyi əsası ilə Küçükbalçıkın yeni aldığı lüks avtomobili də müsadirə olunub.

İcmal.Az

RƏYLƏR