Erməni terrorçu hərbçilərimizə qumbara atdı: yaralanan var - VİDEO

OXUNUB: 367 HADİSƏ
Bu gün saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığında erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.


7News.Az erməni mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra Xankəndi-Laçın avtomobil yolu bağlanıb.
Noyabrın 8-də diversiya cəhdi zamanı ölən Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb. Erməni terrorçu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Ermənistan mediasının yazdığına görə, yolun açılması üçün Rusiya sülhməramlıları ilə birlikdə danışıqlar aparılıb. Hazırda yolun açıldığı bildirilir.
İlkin məlumata görə, terror aktı nəticəsində azı bir azərbaycanlı hərbçi yaralanıb. Onun həyatı üçün təhlükə yoxdur.
 

RƏYLƏR