Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar

OXUNUB: 557 DÜNYA

Ermənistanda etiraz aksiyalarının iştirakçıları Gürcüstanla sərhəddə yolu bağlayıblar.

İcmal.Az-ın xəbərinə görə, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Nəticədə avtobusların, yük maşınlarının və minik avtomobillərinin Baqrataşen (Ermənistan) - Sadaxlo (Gürcüstan) gömrük-buraxılış məntəqəsində keçidi iflic olub.

Qeyd edək ki, aprelin 22-də, Yerevan polisi Serj Sarkisyanın baş nazir olmasına etiraz edən 228 aksiya iştirakçısını saxlayıb. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Saxlanılanlar arasında müxalifət lideri Nikol Paşinyan və iki deputat – Ararat Mirzoyan və Sasun Mikaelyan var.

İcmal.Az

RƏYLƏR