Ermənilər su anbarının qarşısını kəsdi - 3 kəndin suvarılması çətinləşdi - FOTO

OXUNUB: 952 SOSİAL HADİSƏ
Ermənistan tərəfi Qazax rayonunun düşmənlə sərhəddə yerləşən Kəmərli kəndində gələn suyun qarşısını kəsib. Nəticədə bu gün kəndin su ilə təminatı istiqamətində ciddi problemlər yaşanır. 
7news.az verdiyi məlumata əhali sudan istifadə edə bilmir, əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanır.  Kəmərli kəndi ərazisində yerləşən bu su anbarı ötən əsrin 80-ci illərində inşa edilib. Düşmən tərəfdən mənbəyini götürən İncə su çayı bu anbara tökülür. Nəticədə ora yığılan sudan Kəmərli kəndi ilə yanaşı İncə dərəsinin digər kəndlərinin- Qaymaqlı və Aslanbəyli kəndinin sakinləri də istifadə edirdi. Görünən odur ki anbarda su demək olar ki yoxdur. Sakinlər deyir ki Ermənilər bilərəkdən bura gələn İncəsu çayının qarşısını kəsib. Bir  sözlə  indi düşmən  hər  vəclə  çayın  Azərbaycan  ərazisinə  keçməsinə manecilik  törədir. Qazax Suvarma Sistemləri İdarəsindən bildirilib ki,  məsələnin həlli ancaq Kür çayından yenidən, yeni nasosstansiyanın qurulması ilə mümkün olar. Bunun ücün isə aidiatlı qurumlara müraciətlər olunub.
 
 
 
 

 

RƏYLƏR