“Ermənilər öz vandal, yaramaz əməllərini davam etdirirlər” - DEPUTAT

OXUNUB: 251 GÜNDƏM Özəl SİYASƏT
"Xankəndi istiqamətində törədilən təxribat erməni həyasızlığının və erməni nadanlığının növbəti təzahürüdür. Bu yaramazlar dayanmırlar, hər saat, hər gün növbəti təxribat törətmək üçün fürsət gözləyirlər, sülhə gəlmirlər, düzəlmirlər, adam olmurlar, şərəfsiz əməllərinə davam edirlər. Dəstək haradandır, kimdəndir, bu ayrı mövzudur və təbii ki, təxribatın törədilməsində başqa qüvvələrin də əli ola bilər. Fəqət, fakt budur ki, bütün hallarda məlum hadisə, məlum cinayət, məlum vandalizm aktı ermənilər tərəfindən törədilib. Yəni, erməni faşistlər hər zamankı kimi yenə də icraçı rolundadır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Erməni xisləti dəyişməzdir və sadəcə qana, terrora, ədavətə köklənib. Ona görə də bu vəziyyətdədirlər, inkişaf edə bilmirlər, az qala bütün dünyadan təcrid olunublar, gündən-günə iflasa, fiaskoya, qaranlığa doğru gedirlər. Çünki belə siyasət olmaz. Belə ideologiya olmaz. Hər gün bir şey danışırlar. Paşinyan özünü o qədər qeyri-ciddi aparır ki, onun bir sözünə inanılası deyil. Ay ərzində ən az 4 dəfə fikir dəyişir. Burdan sülh deyir, ordan təxribat törədir. Nədir səbəb? Zaman uzatmaqdırmı? Sülhdən yayınmaqdırmı? Əgər budursa, alınmayacaq. Paşinyan belə elədikcə özünü daha da bitirəcək və paralel olaraq təmsil etdiyi dövləti da daha böyük problemlərin məngənəsinə salacaq. Çünki bölgədəki şərtlər, reallıqlar çox dəyişib. Xüsusən də 44 günlük müharibədən sonra. İndi həmin şərtləri biz diktə edirik. İndi bizlə hesablaşmaq lazımdır. Təxribat törətmək alçaqlıqdır, şərəfsizlikdir. Ermənistan əl çəkməlidir, belə şərəfsiz variantlardan. Masada oturub üzbəüz söhbət eləmək lazımdır. Sülh üçün töhfə vermək lazımdır, reallığı dərk etmək lazımdır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR