Ermənilər 28-ilə yaxın işğal altında saxladığı Kəlbəcər rayonunda azərbaycanlılara məxsus qəbirləri tamami ilə dağıdıb. 7NEWS.az-ın bölgə müxbiri xəbər verir ki, düşmən məzarlıqlardakı baş daşlarını tamami ilə söküb, sinə daşlarını dağıdıb. Kəlbəcər rayonunun Zallar, Yanşaq, Almalı kəndlərində işğaldan öncə dəfn olunan soydaşlarımızın məzarlarında heç bir nişanə qalmayıb. Məzar daşları ilə yanaşı, qədim pirlər, kümbəzlər, məbədlər də tamami ilə dağıdılıb. Təqdim etdiyimiz foto və video da erməni vəhşiliyinin izləri açıq-aydın görünür.



