“Azərbaycan media landşaftı” üzrə məlumat bazası 7 ay müddətində yaranıb - Rəşad Məcid

OXUNUB: 734 GÜNDƏM SOSİAL
"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləru üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarlnda reallaşdırılan toplantılardan layihə çərçivəsində görülmüş işlər təhlil olunub. 

Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinə həsr olunan tədbirdə çıxışı zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Onun sözlərinə görə, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalə hazırlanın və yayımlanıb:

"Nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda məqalələr "Azərbaycanın media lamdşaftı” kateqoriyaslnda yerləşdirilib”.

 

RƏYLƏR