“Ermənistan hər zaman Azərbaycana qarşı haqsız olub.” - DEPUTAT

OXUNUB: 1721 Özəl SİYASƏT
"Əlbət ki, sülhə mane olan və Ermənistanı məlum aspektdə manipulyasiyalara sövq, təhrik edən qüvvələr var. Ona görə də proses uzanır və yekun nəticə əldə etmək çətinləşir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Sadəcə məsələ burasındadır ki, Ermənistanın baş naziri Nikol  Paşinyan əgər növbəti mərhələlərdə də həmin qüvvələrin, konkret olaraq Fransa və onun kimilərin diktəsi, tövsiyyəsi ilə hərəkət etsə, o zaman ən böyük pisliyi ilk öncə özünə, daha sonra isə xalqına və dövlətinə edəcək. Niyə? Çünki, onun-bunun sözü ilə oturub-duranların axırı olmur. Çünki, müstəqil siyasət yürütmədən təmsil etdiyin xalqı xeyirə və yaxşıya doğru apara bilmərsən. Çünki, Ermənistan hər zaman Azərbaycana qarşı haqsız olub və barı bundan sonra öz çirkin, qara niyyətli, zəhlə tökən əməllərinə son verməlidir.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR